İcarəyə verilir 4 otaqlı ofis 150 m², Nəsimi r.
Tibb Universitetinə 5 dəqiqəlik məsafədə, biznes plazada yerləşən tam təmirli 4 otaqlı ofis icarəyə verilir. Ofisin ümumi sahəsi 150 kvadrat metrdir və binanın 2-ci mərtəbəsində yerləşir. Ofisdə iş fəaliyyəti üçün bütün şərait yaradılıb, otaqlar geniş, işıqlı və rahat şəkildə bölünüb. Müdir otağında ayrıca sanitar qovşaq, xanımlar və bəylər üçün ayrı sanitar qovşaqları mövcuddur. Binada lift, mühafizə və parkovka var. Ətrafında Tibb Universiteti, EGE Hospital, ASAN xidmət, Olimpik Satr, biznes mərkəzləri, restoranlar, kafelər, marketlər və müxtəlif xidmət obyektləri yerləşir. Ərazi həm avtomobil, həm də ictimai nəqliyyat baxımından əlverişli lokasiyadadır. Aylıq icarə haqqı 2760 AZN-dir.