İcarəyə verilir 4 otaqlı köhnə tikili 110 m², Binəqədi r.
Binəqədi rayonu, Azadlıq metrosuna 8 dəqiqəlik məsafədə, Pasyolka Kirov ərazisində yerləşən Leninqrad layihəli binanın 1-ci mərtəbəsində 4 otaqlı, 110 kv.m ümumi sahəsi olan mənzil kirayə verilir. Mənzil təmirli və tam əşyalıdır. Mənzilin giriş hissəsi geniş zaldan, 1 geniş qonaq otağından, 3 yataq otağından, mətbəxdən, sanitar qovşaqdan və eyvandan ibarətdir. Yaşayış üçün bütün zəruri mebel və məişət avadanlıqları mövcuddur. Su, işıq və qaz daimidir. Ətrafında müxtəlif iaşə obyektləri, mağazalar, marketlər, məktəb və uşaq bağçaları mövcuddur. Ərazi yaşayış üçün əlverişli infrastruktura malikdir. Ailəvi yaşayış üçün rahat və əlverişli mənzildir. Ofis haqqı 30 faiz təşkil edir.